Oktyabrın 5-də evdə Çexiya, 8-də isə səfərdə Almaniya ilə qarşılaşacaq milli komandamızın heyəti açıqlanıb. Baş məqşçi Robert Prosineçki millinin heyətinə 24 nəfərin adını daxil edib:
Qapıçılar: Kamran Ağayev, (“Mlada Boleslav”, Çexiya), Anar Nəzirov (“Zirə”), Emil Balayev (“Səbail)
Müdafiəçilər: Təlan Quliyev (“İnter”), Bədavi Hüseynov, Rəşad Sadıqov, Maksim Medvedev (hamısı “Qarabağ”), Pavel Paşayev (“Aleksandriya”, Ukrayna), Maqomed Mirzəbəyov (“Neftçi”), Ürfan Abbasov (“Qəbələ”)
Yarımmüdafiəçilər: Ruslan Abışov (“Neftçi”), Qara Qarayev, Rahid Əmirquliyev, Mahir Mədətov, Əfran İsmayılov, Riçard Almeyda (hamısı “Qarabağ”), Dimitri Nazarov (“Aue”), Təmkin Xəlilzadə (“Zirə”), Cavid Hüseynov (“Qəbələ”), Araz Abdullayev (“Anartosis”, Kipr)
Hücumçular: Ruslan Qurbanov (“Qəbələ”), Namik Ələsgərov (“Neftçi”), Ramil Şeydayev (“Qarabağ”), Renat Dadaşov (“Ayntaxt”, Frankfurt, Almaniya)
Qeyd edək ki, Azərbaycan – Çexiya matçı saat 20:00-da Bakı Olimpiya Stadionunda start götürəcək.
