Millimizin sabiq baş məşqçisi Robert Prosineçki Xorvatiya mətbuatına açıqlama verib.
Mütəxəssis “Barselona”nın futbolçusu Lionel Messi ilə “Real”ın oyunçusu Kriştiano Ronaldonu müqayisə edib:
“Ronaldonun statistikası möhtəşəmdir. İnsanlar onu sevə və ya nifrət edə, heyran ola, eyni zamanda təhqir edə bilərlər. Amma o, mənim üçün tarixin ən yaxşı oyunçularından biridir. Ancaq Messi ondan daha yaxşıdır. Onun da statistikası əladır. Messi sehrli və səhvsiz futbol oynayır”.
