Futbol

Prosineçki: “Kamranın işsiz qalmasında sizin də günahınız var”

22.04.2017 , 11:05

Birinci dəfə deyil ki, Kamran klubsuz qalır. Keçmişdə də belə problemlər olub. Sözsüz ki, qüapıçının oynamaması problemdir”.
 
Korner.az-ın məlumatına görə, bu sözlər futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkiyə aiddir. Portuqaliyanın “Boavişta” klubundan ayrıldıqdan sonra klubsuz qalan Ağayev haqda danışan təcrübəli mütəxəssis “çərçivə qoruyucu”su ilə tez-tez danışdığını deyib:
 
“Əlbəttə ki, Kamran Ağayevlə tez-tez danışıram. Onun tez-tez klub dəyişməsində, işsiz qalmasında sizin də günahınız var. Çünki belə məqamlarda ona dəstək olmursunuz”.
 
Qeyd edək ki, Ağayev “Boavişta”dan qovulduqdan sonra AFFA tərəfindən xüsusi nəzarətə götürülüb. O, hazırda millinin qapıçılar üzrə məşqçisi Faiq Əzizovun rəhbərliyi altında fərdi şəkildə məşq edir.

Son yazılar

Yuxarı