Prosineçki istefa verdi
08.09.2019 , 22:02

Bosniya və Herseqovina yığmasının baş məşqçisi Robert Prosineçki istefa verib.
Korner.az xəbər verir ki, o, Avro-2020-nin seçmə mərhələsində bu gün Ermənistana uduzduqları (2:4) oyundan sonra keçirilən mətbuat konfransında qərarını açıqlayıb.
“Hər kəslə danışdım, yığmada işimə davam etməməklə bağlı müzakirə apardıq. Bura gələndə Avropa çempionatına yollanacağımızı düşünürdüm. Bunu bacarmadıq. Mən də istefa verib, başqasının şans qazanmasını istəyirəm. Artıq Bosniya və Herseqovinanın çalışdırıcısı deyiləm”.
Prosineçki 2018-ci ildən Bosniya və Herseqovinanı çalışdırırdı.
