Prosineçki ilin ən yaxşı baş məşqçisi seçildi
12.12.2018 , 17:20

Bosniya və Herseqovinada ilin ən yaxşı baş məşqçisi müəyyənləşib.
Yığma komandanın baş məşqçisi Robert Prosineçki ən yaxşı adına layiq görülüb. Yığma komanda xorvatiyalı mütəxəssisin rəhbərliyi altında Milltətlər Liqasında pley-off mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, Prosineçki 2014-2017-ci illərdə yığma komandamızı çalışdırıb.
