FİFA dünya yığmalarının yeni reytinq siyahısını açıqlayıb.
Korner.az-ın FİFA-nın saytına istinadən məlumatına görə, millimiz 1 pillə irəliləyib.
Aktivində 272 xal olan komandamız 115-ci pillədə qərarlaşıb.
Avro-2016-nın seçmə mərhələsində millimizin rəqiblərindən olan İtaliyanın mövqeyində dəyişiklik yoxdur – 1101 xalla 13-cü pillədəki mövqeyini qoruyub. Xorvatiya 18-ci (-1), Norveç 64-cü (+6), Bolqarıstan 62-ci (+5), Malta isə 145-ci (+4) yeri tutub.
Siyahya yenə Almaniya millisi başçılıq edir. Belçika yığması ikinci pilləyə yüksəlib. Ötən ayın ikincisi Argentina yığması bir pillə geriləyərək üçüncü olub.
