“Hava şəraitini nəzərə alsaq, “Neftçi” bu gün çox yaxşı oyun göstərdi. Burada olduğum müddətdə bir sıra oyunları izləyəcəm”.
Korner.az-ın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında millimizin baş məşqçisi Robert Prosineçki “Neftçi”nin bu gün Səudiyyə Ərəbistanının “Hajer” klubuna 3:1 hesabı ilə qalib gəldiyi oyundan sonra deyib.
Türkiyədə klublarımızın hazırlıq prosesini izləyəcən Presineçki onu da qeyd edib ki, baxacağı matçlardan sonra milliyə dəvət edəcəyi futbolçuları müəyyənləşdirəcək.
Təcrübəli mütəxəssis millimizin qapıçısı Emil Balayevin “Ayntraxt”a keçidi haqda da danışıb. Bildirib ki, gənc qolkiperin Almaniya klubunda uğur qazanmağı çox çətin olacaq:
“Amma inanıram ki, o, əsas heyətə düşmək üçün yaxşı mübarizə aparıb ona bəslənən ümidləri doğruldacaq. Millidə qapıçı mövqeyində çətinliyimiz yoxdur. Emil güclü qapıçıdır. Ancaq o, ilk növbədə bundesliqada özünü göstərməlidir”.
