“Azərbaycan futbolu və oyunçuları ilə daha yaxından tanış olmaq baxımından bu matçı izləmək mənim üçün vacib idi. Yaxşı və maraqlı oyun oldu”.
Korner.az-ın məlumatına əsasən, bu sözləri Azərbaycan millisinin baş məşqçi vəzifəsinə namizəd olan Robert Prosineçki AFFA-nın rəsmi saytına açıqlamasında deyib.
Avropa Liqasının qrup mərhələsinin V turunda keçirilən “Sent-Etyen” – “Qarabağ” matçını stadiondan canlı izləyən xorvatiyalı mütəxəssis Ağdam təmsilçisinin ilk hissədə yaxşı oynadığını bildirib:
“Komanda birinci hissə daha yaxşı çıxış etdi və heyətdəki azərbaycanlı futbolçuların yaxşı oyunu məni sevindirdi. Şadam ki, bu oyunu canlı izlədim. Tanışlıq xarakterli fəaliyyətimi davam etdirmək məqsədilə Fransadan Bakıya dönəcəm və Azərbaycan Premyer Liqasının XIV turunda keçiriləcək bəzi oyunları izləməyə çalışacağam”.
