Azərbaycan Premyer Liqasının 14-cü turunun “Neftçi”- “Qəbələ” oyununu (0:0) izləyənlər arasında millimizin baş məşqçi vəzifəsinə namizəd Robert Prosineçki də olub.
Korner.az-ın xəbərinə görə, bu barədə “Neftçi”nin rəsmi saytı məlumat yayıb. Ona paytaxt klubunun rəhbərliyi tərəfindən xatirə olaraq arxasında Prosineçkinin adı yazılmış “Neftçi”forması hədiyyə edilib.
