Azərbaycan yığma komandasının baş məşqçisi Robert Prosineçki öz köməkçisi Elxan Abdullayevi Gürcüstana yollayır.
Korner.az-ın məlumatına görə, martın 25-də qonşu ölkənin yığma komandası yoxlama oyununda Maltanı qəbul edəcək. Abdullayevin Tiflisə səfərində məqsəd də məhz Malta komandasının üzvlərini iş başında görməkdir. Çünki bu oyundan 4 gün sonra Malta yığması Bakıda Azərbaycan milli komandasının qonağı olacaq.
