“Proqres”in rəsmisi: “Cütün favoriti “Qəbələ”, autsayderi isə bizik”
22.06.2018 , 12:16

Avropa Liqasının I təsnifat mərhələsində “Qəbələ” ilə qarşılaşacaq Lüksemburqun “Proqres” klubunun idman direktoru Tomas Gigleman açıqlama verib.
Klub rəsmisi utsayder olduqlarını deyib: “Ötən mövsüm “Reyncers” üzərindəki qələbədən sonra məşhurlaşmışdıq. “Qəbələ” kimi komandanı araşdırmağa ehtiyac yoxdur. Rəqibimiz iki dəfə turnirin qrupunda çıxış edib, PAOK, “Borussiya”, “Anderlext”, “Maynts”, “Krasnodar” və “Sent-Etyen” kimi komandalara qarşı oynayıblar. Bizim üçün çətin olacaq. Cütün favoriti “Qəbələ”, autsayderi isə bizik. Ötən mövsüm “Reyncers” və AEL-lə görüşlərdə də autsayder idik. İrəli getmək üçün UEFA-nın reytinq cədvəlində xal əmsallarını artırmalıyıq”.
Qeyd edək ki, bu komandaların ilk oyunu iyulun 12-də Qəbələ şəhər stadionunda keçiriləcək.
