“Proqres” – “Qəbələ” oyununun hakimləri bilindi
14.07.2018 , 18:05

Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Proqres” (Lüksemburq) – “Qəbələ” oyununun hakim təyinatları açıqlanıb.
Matç Şimali İrlandiyadan olan hakimlərə tapşırıb.
Keyt Kennedi görüşün baş hakimi olacaq. Stefen Donaldson və Kristian Fransis Hanna isə ona yardım edəcəklər. Ehtiyat hakim funksiyasını Evan Boys yerinə yetirəcək.
Qeyd edək ki, görüş iyulun 19-da keçiriləcək. Komandalar arasındakı ilk oyunda “Qəbələ” rəqibinə 0:2 hesabı ilə uduzub.
