Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində Almaniyada "Şalke"ni devirərək (3:2) adını 1/4 finala yazdıran "Qalatasaray"lı futbolçular "Cim-Bom" rəhbərliyi tərəfindən sürprizlə qarşılaşıb.
Korner.az-ın məlumatına görə, "sarı qırmızılılar"ın prezidenti Ünal Aysal bu qələbə münasibətilə futbolçularına 2 milyon avro verəcək. Ümumilikdə isə "Qaltasaray" UEFA-dan növbəti tura çıxdığıan görə 4.9 milyon avro gəlir əldə edəcək.