Prezident türkiyəli atletləri “Tərəqqi” medalı ilə təltif etdi
28.04.2023 , 14:30

Ağır atletika üzrə İrəvanda keçirilən Avropa çempionatında medal qazanan türkiyəli atletlər – Cansu Bektaş, Qamze Altun və Nuray Güngör “Tərəqqi” medalı ilə təltif edilib.
Korner.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Atletlər qazandıqları medalları Azərbaycana həsr etdiklərini açıqlamışdılar.
