Mavritaniya çempionatında qeyri-adi hadisə yaşanıb.
Korner.az-ın məlumatına görə, ölkə Superkubokunda gözlənilməz qərar qəbul edilib.
Oyunun ikinci hissəsində hesabları bərabər ikən gözlənilmədən hakim fiti səsləndirərək, matçın bitdiyini bildirib. Daha sonra məlum olub ki, bu tapşırıq ölkə prezidentindən gəlib.
Belə ki, noyabrın 28-də Mavritaniyanın müstəqillik günündə ölkədə daha vacib tədbirlər planlaşdırıldığı üçün prezident Məhəmməd Uld Əbdüləzizin oyunu sona qədər izləməyə səbri çatmayıb.
