Rusiya Prezidenti Vladimir Putin ölkə futboluna marağın azalmasının səbəblərini müzakirə edəcək.
Korner.az-ın championat.com-a istinadən məlumatına görə, bu barədə rəsmi Kremlin yaydığı xəbərdə bildirilib.
Qeyd olunub ki, Putin Samaraya səfəri çərçivəsində Prezident yanında bədən tərbiyəsi və idmanın inkişafı üzrə Şuranın toplantısını keçirəcək. İclasda dövlət başçısına DÇ-2018-ə hazırlıq çərçivəsində stadionların tikintisi, mundial dövründə təhlükəsizliyin necə təmin ediləcəyi və milli komandaların çempionata hazırlığı ilə yanaşı, Rusiya çempionatına azarkeş marağının azalmasının səbəbləri haqda məlumat veriləcək.
