"Real"ı 100-cü dəfə ÇL-də matça çıxaran baş məşqçiyə mükafat
Madrid "Real"ının baş məşqçisi Joze Mourinyoya qızıl saat hədiyyə edilib.
Korner.az-ın məlumatına görə, "kral" klubunun baş məşqçisinə Çempionlar Liqasında 100-cü matçına çıxması ilə əlaqədar qızıl saat verilib.
Madrid klubunun prezidenti Florentino Peres portuqaliyalı çalışdırıcıya qızıl saat bağışlayıb.
Qeyd edək ki, Joze Mourinyonun 100-cü matçında “Real Madrid” “Mançester Siti” ilə 1:1 hesablı heç-heçə edərək, 1/8 finala vəsiqəni təmin edib.
