Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığması avqustun 7-dən 13-dək Qazaxıstanın Şımkent şəhərində təşkil olunacaq “Prezident kuboku” turnirində iştirak edəcək.
Korner.az-ın məlumatına görə, yığmamızın qrup mərhələsində keçirəcəyi oyunların təqvimi müəyyənləşib. Millimiz matçlarının hamısı erkən saatda – Bakı vaxtilə səhər 8-də başlayacaq.
8 avqust
08:00 İran – Azərbaycan
9 avqust
08:00 Tacikistan – Azərbaycan
11 avqust
08:00 Rusiya-2 – Azərbaycan
