Prezident idman jurnalistlərini təltif etdi
22.07.2020 , 17:39

Bu gün Azərbaycanda Milli Mətbuat Gününün 145 illik yubileyi qeyd olunur.
Korner.az xəbər verir ki, bu münasibətlə ölkə başçısı İlham Əliyev bir sıra jurnalistləri fəxri adlarla təltif edib.
Fəxri ad alanlar arasında idman jurnalistləri də var. Qol.az saytının baş redaktoru Aydın Bağırov “Əməkdar jurnalist” adına layiq görülüb. “Xəzər” TV-nin aparıcısı Sənan Abdullayev və “Report”un əməkdaşı Elşən Məmmədov isə “Tərəqqi” medalı ilə təltif edilib.
Həmkarlarımızı təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!
