big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Güləş

Prezident güləş millisini qəbul etdi

23.02.2015 , 10:33

Fevralın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yunan-Roma güləşi üzrə İranda keçirilən dünya kuboku yarışlarında qalib gəlmiş milli komandamızın üzvlərini qəbul edib.

Korner.az-ın AzərTAc-a istinadən yaydığı xəbərə görə, dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev qazanılmış yüksək qələbə münasibətilə idmançıları və Güləş Federasiyasının üzvlərini təbrik edib. Prezident İlham Əliyev əldə edilən bu uğurları milli güləş məktəbinin yüksək zirvədə olmasının və Azərbaycan Güləş Federasiyasında işlərin səmərəli təşkilinin nəticəsi kimi dəyərləndirib. Dövlət başçısı qeyd edib ki, dünya  və Avropa çempionatlarında, həmçinin Olimpiya Oyunlarında güləşçilərimizin əldə etdikləri uğurlar uşaqların və gənclərin idmanın Azərbaycanda ən çox sevilən bu növünə olan marağının daha da artmasına stimul verir.

Azərbaycanda idmanın inkişafına toxunan Prezident İlham Əliyev dünya idman ictimaiyyətinin də Azərbaycan idmanına verdiyi yüksək qiymətdən danışıb. Nüfuzlu beynəlxalq yarışlarda medalların sayının ildən-ilə artdığını vurğulayan dövlət başçısı ölkədə mükəmməl idman infrastrukturunun yaradılmasının önəmini qeyd edib. Prezident İlham Əliyev idmanın dövlət siyasətində mühüm yer tutduğunu və bu sahənin inkişafı ilə bağlı müxtəlif proqramların  ardıcıl olaraq qəbul edildiyini deyib.

Ölkəmizdə  mötəbər idman tədbirlərinin yüksək səviyyədə keçirildiyini vurğulayan dövlətimizin başçısı bu yaxınlarda Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının Bakıda keçirilməsini beynəlxalq idman ictimaiyyətinin Azərbaycana idman ölkəsi kimi verdiyi önəmin nəticəsi kimi qiymətləndirib.

Prezident İlham Əliyev qazanılan uğurların bir səbəbinin də ölkənin bütün idman qurumlarının birgə fəaliyyətindən ibarət olduğunu əsaslandırıb. Dövlət başçısı dünyanın ən güclü güləşçilərinə qalib gələrək yunan-Roma güləşi üzrə dünya kubokunu qazanmalarının bütövlükdə idmançılarımızın komanda şəklində gücünün göstəricisi olduğunu vurğulayıb. Prezident İlham Əliyev güləşçilərimizin İranda qazandıqları uğurları bu il  Bakıda keçiriləcək  Avropa  Oyunlarında  və gələn il Rio-de-Janeyroda baş tutacaq Olimpiya Oyunlarında  da təkrar edəcəklərinə ümidvar olduğunu deyib. 

Milli komandanın üzvü Rafiq Hüseynov və böyük məşqçi Nurəddin Rəcəbov qazanılan uğurların təməlində idmana dövlət  qayğısının durduğunu söyləyiblər  və buna görə də dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Prezident İlham Əliyev bildirib ki, əldə edilən qələbələr    Azərbaycan dövlətinin və xalqının gücünü göstərməklə yanaşı, həm də Azərbaycan gənclərinin istedadını və Vətənə sədaqətini bir daha nümayişi etdirib.

Sonda xatirə şəkli çəkdirilib.

Son yazılar

To Top