Dünya Futbolu

Prezident futbolçunun nikah şahidi olacaq

05.05.2019 , 17:54

“Arsenal”ın türk ulduzu Mesut Özil nişanlısı Amina Gülşe ilə iyunun 7-də nikah masasına oturacaq.

Bu haqda Almaniya nəşrləri məlumat yayıb. Futbolçunun nikah şahidinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan olacağı bildirilib.

Özilin keçmiş futbolçu dostlarının nikaha qatılmasını istəmədiyindən 7 iyun tarixini seçdiyi iddia edilib. Xəbərə görə, iyunun 8-də Belarus-Almaniya matçı keçiriləcəyi üçün onun sabiq komanda yoldaşları nikaha qatıla bilməyəcəklər.

2 il əvvəl nişanlanan cütlüyün toyu İstanbulda “Four Seasons Bosphorus” otelində keçiriləcək. (Axşam.az)

Son yazılar

Yuxarı