Prezident Faiq Qarayevi təltif etdi
17.10.2019 , 20:59
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Faiq Qarayevin 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Korner.az xəbər verir ki, Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə Faiq Əli oğlu Qarayev 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
Qeyd edək ki, Faiq Qarayev Azərbaycan Voleybol Federasiyasının I vitse-prezidentidir.