Uruqvayın prezidenti Xose Muxiko mundialdan qovulan Luis Suaresi şəxsən qarşılayıb.
Korner.az-ın məlumatına görə, Muxiko bunun üçün hava limanına təşrif buyurub.
Dövlət başçısı iyunun 26-da Suaresi qarşılamağa hazırlaşan azarkeşlər qrupuna qoşulub. Amma təyyarə reysinin gecikdiyi elan olunandan sonra Muxiko hava limanını tərk edib. İyunun 27-də isə yenidən hava limanına qayıdan prezident Suareslə görüşərək, onunla qısa müddətli söhbət edib.
