Premyer Liqaya yüksələn klublar bəlli oldu
28.05.2019 , 11:59

İngiltərə Premyer Liqasına vəsiqə qazanan sonuncu, üçüncü komanda müəyyənləşib.
Bu, Çempionşipin “play-off” mərhələsinin final oyunundan sonra bəlli olub.
Həlledici qarşılaşmada “Derbi Kounti”ni 2:1 hesabı ilə məğlub edən “Aston Villa” əsas çempionata vəsiqə qazanıb.
Qeyd edək ki, “Aston Villa” son olaraq 2015-2016 mövsümündə Premyer Liqada çıxış edib. Daha öncə “Norviç Siti” və “Şefild Yunayted” elitaya vəsiqəni təmin edib.
