Yeni mövsümdə Premyer-Liqanın sponsorsuz başlaması futbol ictimaiyyəti arasında bir çox söz-söhbətlərin yaranmasına səbəb olmuşdu.
Korner.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, "UniBank"la ortaq məxrəcə gələ bilməyən PFL artıq bu məsələni həll edib. Belə ki, bundan sonra Premyer Liqaya "Topaz" sponsorluq edəcək. Yeni müqavilənin imzlanması tarixi də artıq məlumdur. Yeni sponsorla müqavilə sentyabr ayının 19-da "Park İnn" otelində bağlanacaq.
