Bu gün Azərbaycan Premyer Liqasının yeni sponsoru olan "Topaz"la müqavilənin imzalanması mərasimi keçirilib.
Korner.az-ın məlumatına görə, bununla bağlı sənədi Peşəkar Futbol Liqasının və “Azərinteltek" şirkətinin rəhbərliyi imzalayıblar.
Müqavilə 3 illik müddətə nəzərdə tutulub.
Bununlada altıncı turdan etibarən Azərbaycan çempionatı “Topaz Premyer Liqası” adı altında keçiriləcək.
