Gələn mövsümdən etibarən Azərbaycan Premyer Liqasında 14 komanda çıxış edəcək.
Korner.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, Birinci diviziona düşən "Sumqayıt" və pley-off matçı oynamalı olan "Turan" Premyer Liqada qalacaq. Birinci divizondan Premyer Liqaya yüksələn və lisenziyalaşdırmada "ilişib" qalan "Neftçala" və "Qaradağ" isə bu məsələni, demək olar ki, həll etmiş sayılır. Hətta birincilərin prezidenti: "Əgər klub Premyer Liqada oynamasa, futbolla qurtaracam" – kimi fikirlər səslədirib. Artıq məsələnin ən yüksək səviyyədə həllini tapdığı iddia olunur.
Mövzunu diqqətdə saxlayacağıq.