Dünən Premyer Liqasında XXXI turun oyunları keçirilib.
Korner.az-ın məlumatına görə, baş tutan 4 qarşılaşma azarkeş çoxluğu ilə diqqət çəkib.
“Bakcell Arena”dakı turun mərkəzi qarşılaşması olan “Qarabağ” – “Neftçi” görüşünü 5000 azarkeş stadiondan izləyib. Turun ikinci ən böyük azarkeş toplayan matçı isə Lənkəranda keçirilib. Yerli “Xəzər Lənkəran”la “Qəbələ” arasındakı qarşılaşmaya 2200 fanat canlı baxıb.
“Sumqayıt” – “Simurq” (1:0) matçına 1100, “İnter” – AZAL(2:0) oyununa isə 300 azarkeş toplaşıb.
Ümumilikdə 4 oyunu 8600 azarkeş canlı olaraq stadiondan izləyib.
