"Xəzər Lənkəran" – AZAL matçı `kölgə`də qaldı
Topaz Premyer Liqasının XV turunun 3 oyunu canlı yayımlanacaq.
Korner.az-ın məlumatına görə, bazar günü keçiriləcək və saat 14:00-da başlayacaq "Qəbələ" – "Bakı" matçı, 16:00-da start götürəcək "İnter" – "Rəvan qarşılaşması canlı yayımla azarkeşlərə təqdim olunacaq.
Tura saat 18:00-da start fiti səslənəcək "Neftçi" – "Qarabağ" dueli yekun vurulacaq. Hər üç qarşılaşma "İdman Azərbaycan" kanalının efirində olacaq.
