TPL-in 11-ci turu AZAL-ın baş məşqçisi Vaqif Sadıqov üçün əlamətdar olub.
Korner.az-ın məlumatına görə, təcrübəli mütəxəssis paytaxt təmsilçisinin baş məşqçisi postunda 50-ci oyununu keçirib.
AZAL-ın baş məşqçisi 50 matçda 22 qələbə, 15 heç-heçə və 13 məğlubiyyətə şahid olub. Sadıqovun rəhbərliyi altında 73 qol vuran komanda üçün “İnter”lə görüşdə buraxılan ilk top 50-ci olub.