Premyer Liqanın topu təqdim olundu
05.08.2019 , 18:54

2019/2020 mövsümündə Azərbaycan Premyer Liqasında oynanılacaq top təqdim olunub.
Korner.az xəbər verir ki, təqdimetmə Premyer Liqanın püşkatma mərasimində həyata keçirilib.
Premyer Liqanın oyunlarında “Nike” şirkətinin istehsalı olan toplardan istifadə ediləcək. Hər klub üçün 100 ədəd nəzərdə tutulub.
