Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev yeni mövsüm üçün Premyer Liqanın teleyayım hüququ ilə bağlı məsələyə aydınlıq gətirib.
Korner.az-ın məlumatına görə, R.Musayev artıq çempionatın yayım hüququnun 90 faiz həll olunduğunu bildirib:
"Çempionatın teleyayım hüququ 90 faiz həll olunub. Böyük ehtimalla, Premyer Liqanın oyunlarını "İdman Azərbaycan" kanalı yayımlayacaq. Çalışacağıq ki, bütün oyunlar canlı yayımlansın. Canlı verilməyən matçlar isə PFL-in rəsmi saytında nümayiş olunacaq. Bununla bağlı artıq texiniki avadanlıq da alınıb".