“Zirə” daha bir futbolçu ilə güclənib.
Korner.az-ın məlumatına görə, ötən mövsüm Topaz Premyer Liqasının bombardiri olan Nurlan Novruzov komandamızın sıralarına qoşulub.
“Bakı” klubu ilə razılığa əsasən Nurlan 6 aylıq icarə əsasında “Zirə”də çıxış edəcək. Ancaq Novruzovla müqavilənin müddəti artırıla bilər.
Bu haqda artıq futbolçu ilə şifahi razılıq əldə olunub. Klublar arasında da razılıq əldə olunarsa 6 aydan sonra Nurlan Novruzovla müqavilənin müddətinin artırılması mümkündür. (fczire.az)
