Premyer Liqanın qayıdış tarixi
28.05.2020 , 19:22
Koronavirus pandemiyasına görə dayandırılar İngiltərə Premyer Liqasının bərpa vaxtı məlum olub.
Korner.az BBC-yə istinadən xəbər verir ki, Premyer Liqa iyunun 17-dən başlayacaq. Bununla bağlı Premyer Liqa klublarının iclasında qərar qəbul olunub.
Premyer Liqaya əvvəlki turlardan təxirə salınan “Aston Villa” – “Şeffild Yunayted” və “Mançester Siti” – “Arsenal” matçıyla start veriləcək.
Premyer Liqa koronavirus pandemiyasına görə martın 13-dən dayandırılımışdı.