Premyer Liqanın prezidentindən qəribə təklif: Tribunaları doldurmaq üçün stadionlarda pivə satmaq lazımdır
26.04.2023 , 15:32

Rusiya Premyer Liqasının (RPL) prezidenti Aleksandr Alayev Rusiyada stadionlara pivənin qaytarılması ehtimalından danışıb.
Korner.az-ın xəbərinə görə, Alayev buna səbəb kimi klubların getdikcə müflisləşməsini göstərib.
“Futbol ictimaiyyətinin mövqeyini Mitrofanov səsləndirdi. Həmkarlarımın tezislərini təkrarlamayacağam. Xatırladım ki, stadionlara pivənin gətirilməsi ilə bağlı qanun birinci oxunuşda təsdiqlənəndə dünya çempionatı yenicə bitmişdi, Avropa çempionatına hazırlıq gedirdi, RPL Avropanın “ilk 10-luğ”unda idi, klublarımız beynəlxalq yarışlarda iştirak edirdi, oyunçularını başqa klublara satırdılar. Stadionlarda orta tamaşaçı sayı təxminən 18 min idi. İndi zaman başqadır. İndi stadionlara orta hesabla 6,5 min nəfər gəlir. Beynəlxalq turnirlər yoxdur. Beynəlxalq tərəfdaşlarımız getdilər. Klublarımız hər həftə pul itirirlər. RPL bizim üçün bir nömrəli məhsuldur. Biz tribunaların dolmasını istəyirik. Biz mütləq stadionlarda pivə satışını bərpa etməliyik. Bu, azarkeşlər üçün bu əlavə arqument olacaq”, – deyə RPL prezidenti bildirib.
