“Lester”in əsas qol ümidi Ceymi Vardi sıradan çıxıb.
Korner.az-ın məlmatına görə, zədələnən 28 yaşlı oyunçunun əməliyyat olunacağı bildirilib. Bu səbəbdən o, iki həftə yaşıl meydanlardan uzaq qalacaq.
C.Vardi bu mövsüm İngiltərə Premyer Liqasında 15 qol vurub. O, Rumelu Lukaku ilə bombardirlər siyahısının ilk iki pilləsində qərarlaşıb.
