Ölkə futbolu

Premyer Liqanın bombardiri məşqçilik kurslarına getdi

03.09.2018 , 12:52

Azərbaycan çempionatının bombardiri Marko Deviç gələcəyini də futbolda görür.

Belə ki, “Sabah”ın böyük karyeraya malik 35 yaşlı futbolçusu  bu məqsədlə ölkəmizi tərk edib. Ukraynalı futbolçu A kateqoriyası almaq istəyən məşqçilər üçün təşkil edilən seminarlarda  iştirak edir.

Qeyd edək ki, Marko Deviç Azərbaycan Premyer Liqasında keçirdiyi 3 oyunda 4 qol vurmağı bacarıb.

Mənbə: Futbol11.az

Son yazılar

Yuxarı