Premyer Liqanın bərpa tarixi məlum oldu
11.05.2020 , 17:32

Koronavirusa görə dayandırılan İngiltərə Premyer Liqasının bərpa tarixi məlum olub.
Korner.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.
Məlumatda, Premyer Liqanın iyunun 12-də bərpa oluna biləcəyi bildirilib.
Xatırladaq ki, İngiltərə Premyer Liqası 29-cu turdan dayandırılıb.
