Premyer Liqanın autsayderi baş məşqçisini qovdu
03.12.2018 , 15:15

“Sauthempton” klubu baş məşqçisi Mark Hyuzla yollarını ayırıb
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Onun istefasına komandanın uğursuz çıxışı səbəb olub. Hyuz 2018-ci ilin mart ayından “Sauthempton”nu çalışdırırdı.
Qeyd edək ki, “Sauthempton” Premyer Liqada 14 turdan sonra turnir cədvəlində 9 xalla 18-ci sırada qərarlaşıb.
