İngiltərə Futbol Jurnalistləri Assosiasiyası ölkədə bu mövsümün ən yaxşı futbolçusunu seçib.
Korner.az-ın məluimatına görə, cari mövsümün ən yaxşısı yenə "Çelsi"nin ulduz futbolçusu Eden Hazard olub.
Belçikalı oyunçu səslərin 53 faizini toplayıb.
"Tottenhem"in hücumçusu Harri Keyn ikinci, "Çelsi"nin müdafiəçisi Con Terri isə üçüncü olub.
Xatırladaq ki, E.Hazard bundan əvvəl İngiltərə Peşəkar Futbolçular Assosiasiyası tərəfindən bu mövsümün ən yaxşısı seçilib.
