“Mançester Siti”nin sabiq baş məşqçisi Sven-Yoran Eriksson komandanın problemlərindən danışıb.
Korner.az-ın məlumatına görə, isveçli çalışdırıcı Premyer Liqanın ən yaxşı oyunçularının toplaşdığı klubun kinə ən yaxşı komanda ola bilməməsini anlamadığını deyib.
“Bu şərtlərlə komanda daha yaxşı çıxış etməlidir. Burda Premyer Liqanın ən yaxşı futbolçuları toplaşıb. Onlar İngiltərənin ən yaxşı komandası olmalıdırlar, amma niyə ola bilmirlər? Bilmirəm problemləri nədir, ancaq bu qədər pulun müqabilində daha yaxşı nəticə qazanmalıdırlar. Varlı klublar hər il çempion olmaq istəyirlər, amma o tituldan bir dənədir. “Mançester Siti” bu heyətlə bir il əvvəl çempion olmuşdu. İndi niyə belə zəif çıxış etdiklərini söyləmək çətindir”, – deyə Eriksson bildirib.
