Premyer Liqanı tərk edəcəklər
07.04.2025 , 12:56

İngiltərə Premyer Liqasını tərk edəcək ilk komanda məlum olub.
Korner.az xəbər verir ki, bu, “Sauthempton”dur.
Çempionatın 31-ci turunda səfərdə “Tottenhem”ə 1:3 hesabı ilə məğlub olan komanda növbəti mövsümdən Çempionşipdə mübarizə aparacaq.
Hazırda “Sauthempton” klubu 10 xalla 20-ci yerdə qərarlaşıb.
