Premyer Liqanı Bundesliqaya dəyişir
16.04.2025 , 21:55

“Sauthempton”un yarımmüdafiəçisi Tayler Diblinq klubunu dəyişə bilər.
Korner.az xəbər verir ki, ingiltərəli futbolçu ilə “Bavariya” və “Leyptsiq” in maraqlandığı iddia olunur.
Yeni mövsümdə Premyer Liqada iştirak etməyəcək klub öz yetirməsi üçün 100 milyon avro tələb edəcək.
19 yaşlı oyunçu bu mövsüm 33 matçda forma geyinib, 4 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
