Azərbaycan çempionatının 2014/2015 mövsümünün püşkatması iyulun 18-də keçiriləcək.
Korner.az xəbər verir ki, tədbirə Premyer Liqanın 10 klubu və jurnalistlər dəvət olunacaqlar.
Tədbir zamanı Premyer Liqada ötən mövsümün aprel və may aylarının ən yaxşı futbolçuları, ən yaxşı qolun müəllifləri, həmçinin ayın oyunçusunu düzgün tapan jurnalistlərin mükafatlandırılması gözlənilir.
