Azərbaycan Premyer Liqasında 29-cu turun iki oyunu canlı yayımlanacaq.
Korner.az-ın məlumatına görə, “Qarabağ” – AZAL və “Qəbələ” – Simurq” qarşılaşmaları “İdman Azərbaycan” telekanalı vasitəsi ilə birbaşa nümayiş olunacaq.
Qeyd edək ki, “Qarabağ”-AZAL oyunu aprelin 9-u saat 17:00-da başlayacaq. Eyni gündə keçiriləcək “Qəbələ” – “Simurq” görüşünün start fiti isə saat 19:00-da veriləcək
