Premyer Liqamızda yeni mövsümün püşkü atıldı
15.07.2022 , 15:16

Bu gün Azərbaycan Premyer Liqasında 2022/23 mövsümünün püşkatma mərasimi keçiriləcək.
Korner.az xəbər verir ki, AFFA-nın inzibati binasında olacaq tədbir saat 15:00-da başlayıb.
Azərbaycan Premyer Liqasında yeni mövsüm avqustun 5-də start götürəcək. Ötən mövsümdən fərqli olaraq bu dəfə turnirdə 8 yox, 10 komanda mübarizə aparacaq. “Turan Tovuz” və “Kəpəz”ə ölkənin əsas çempionatında iştirak etmək üçün lisenziya verilib.
I tur
5 avqust“Sabah” – “Sumqayıt”
“Turan Tovuz” – “Qəbələ”
“Kəpəz” – “Zirə”
“Şamaxı” – “Neftçi”
“Qarabağ” – “Səbail”
