“Neftçi” və “Keşlə” qələbə ilə başladı
21.08.2020 , 22:29

Bu gün Azərbaycan Premyer Liqasında 2020-2021 mövsümü start götürüb.
Korner.az-ın məlumatına görə, ilk oyun günündə iki matç baş tutub. Günün ilk oyununda “Sumqayıt” “Keşlə” ilə qarşılaşıb və uduzub – 0:1.
Günün son matçı isə “Bakcell Arena”da keçirilib. “Neftçi” “Səbail”i qonaq edib. Meydan sahibləri bu görüşdən qələbə ilə ayrılıb – 2:1.
Hər iki matç “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.
21 avqust (cümə)
18:30 “Sumqayıt” –“ Keşlə” – 0:1
Qol: Azər Salahlı, 90+4
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Müslüm Əliyev, Nicat İsmayıllı
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Kapital Bank Arena”
20:30 “Neftçi” – “Səbail” – 2:1
Qol: Namiq Ələsgərov, 16;66, Peyman Keşavarz, 79
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Namiq Hüseynov, Namiq Bəkirov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“Bakcell Arena”
22 avqust (şənbə)
“Qarabağ” – “Sabah”
“Azersun Arena”, 20:00
23 avqust (bazar)
“Qəbələ” – “Zirə”
Qəbələ şəhər stadionu, 19:00
