Premyer Liqanın bombardirlər siyahısında dəyişiklik baş verib.
Korner.az-ın məlumatına görə, “Zirə”nin hücumçusu Nelson Bonilla “Qəbələ”yə qalib gəldikləri oyunda (2:1) dubl edərək Premyer Liqadakı qollarını sayını 10-a çatdırıb və liderliyə yüksəlib.
Hazırda bombardirlər siyahısında vəziyyət belədir:
Nelson Bonilla (“Zirə”) – 10 qol
Riçard Almeyda (“Qarabağ”) – 8 qol
Ruslan Qurbanov (“Neftçi”) -7 qol
Dani (“Qarabağ”) – 7 qol
Aleksey Antonov (“Qəbələ”) – 7 qol
Amil Yunanov (“Sumqayıt”) – 6 qol
Samuel Armenteros (“Qarabağ”) -6 qol
