“Neftçi”, “Zirə” və “Qarabağ”dan qələbə
21.01.2021 , 20:07

Bu gün Azərbaycan Premyer Liqasında qış fasiləsi başa çatıb.
Korner.az xəbər verir ki, mövsümün ikinci hissəsinə 14-cü turun oyunları ilə start verilib.
İlk matç günündə üç qarşılaşma keçirilib. Lider “Neftçi” “Səbail”in qonağı olub və 3:1 hesabı ilə qalıb gəlib. “Zirə” isə evdə “Qəbələ”ni 2:0 hesabı ilə məğlub edib.
Günün son oyununda “Qarabağ” səfərdə “Sabah”la qarşılaşıb. Oyun Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib.
Qeyd edək ki, tura sabah keçiriləcək “Keşlə” – “Sumqayıt” matçı ilə yekun vurulacaq.
21 yanvar (cümə axşamı)
16:00. “Zirə”– “Qəbələ” – 2:0
Qollar: Musa Qurbanlı, 45, Davit Volkov, 90+3
Hakimlər: Orxan Məmmədov, Qəzənfər Məmmədov, Nahid Əliyev, Səbuhi Bayramov
Zirə İdman Kompleksinin stadionu
16:00. “Səbail” – “Neftçi” – 1:3
Qollar: Əfran İsmayılov,(28-pen), Sabir Buqrin, 45, Emin Mahmudov, 51, Sabir Buqrin, 90
Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Müslüm Əliyev, İnqilab Məmmədov
“ASCO Arena”
18:00. “Sabah” – “Qarabağ” – 1:2
Qollar: Rahil Məmmədov, 8, Kevin Kumemba, 60, Mahir Emreli, 73
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Cəmil Quliyev, Namiq Bəkirov
“Bank Respublika Arena”
22 yanvar (cümə)
16:00. “Keşlə” – “Sumqayıt”
“ASK Arena”
