Futbol

Premyer Liqamızda mövsümün 100-cü qolu

12.11.2019 , 11:42

Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünün 100-cü qolu vurulub. Korner.az xəbər verir ki, bu, XI turun “Sabah” – “Sumqayıt” görüşünə təsadüf edib.

Qonaqların 3:1 hesabı ilə qalib gəldiyi matçda vurulan son top mövsümdə 100-cü olub. Yubiley qolunun müəllifi Əmir Ağayev olub. Ümumilikdə isə, 44 oyunda 102 qol vurulub. Orta məhsuldarlıq 2,32-yə bərabərdi.

Qeyd edək ki, mövsümün ilk qolunu avqustun 16-da keçirilən “Keşlə” – “Qarabağ” oyununda (0:1) İsmayıl İbrahimli vurub.

Son yazılar

Yuxarı